реклама
Бургер менюБургер меню

Агата Кристи – Qəhvəyi kostyumlu kişi (страница 5)

18

– Bizə on yeddinci vəd olunmuşdu!

– Lakin, ser, on üçüncü daha geniş və rahatdır.

– Yox, bizə on yeddinci lazımdır! Mənə dedilər ki, biz onu tuta bilərik.

– Bağışlayın, – mən işə qarışdım, – on yeddinci mənə vəd olunub.

– Heç cür ola bilməz, on yeddincini mən tutacağam.

– Burada nə baş verib? – daha bir sərnişin özünü bizim mübahisəyə qoşdu. – Stüard, şeyləri on yeddinci kayuta qoyun.

Bu mənimlə stol qonşusu olan müqəddəs Edvard Çiçester idi.

– Bağışlayın, ona etiraz etdim, – bu mənim kayutumdur.

– Yox, ser Yustas Pedlerin kayutudur! – Peycet israr etdi.

Kapitan köməkçisi bizə yaxınlaşdı.

– Qulaq asın! – deyə yalvardım. – Kayutumu dəyişməyə söz veriblər. On yeddinci məni tamamilə qane edir. Lakin mister Çiçesterlə mister Peycet höcətləşir, mənə güzəştə getmək istəmirlər…

Kapitan köməkçisi mübahisə edənlərə tərəf addımladı və hövsələsiz tərzdə elan etdi:

– On yeddinci bu miss üçün saxlanılıb, sizə isə on üçüncü və iyirmi səkkizinci qalır, özünüz seçin.

Hərarətli baxışlarımla ona təşəkkürümü bildirdim və on yeddinci kayuta daxil oldum. Kiçik qələbə əhvali-ruhiyyəmi yaxşılaşdırdı. Tezliklə çay içmək üçün üst göyərtəyə qalxdım, qayıdanbaş isə həyəcanlanmış qulluqçunu yanımda gördüm.

– Kayutunuzu dəyişməli olacaqsınız, miss, – o dedi. – Orda xoşagəlməz iy əmələ gəlib.

İy, həqiqətən, ürəkbulandırıcı idi. Ancaq haradan əmələ gəlmişdi? Axı bir saat əvvəl yox idi. Qulluqçuya cavab verdim ki, əvvəlcə paltarımı dəyişməliyəm, sonra kayutu dəyişmək barədə danışarıq. Tək qalanda havanı bir də qoxuladım. İy tanış gəldi. Hə, əlbəttə ki! Bu, asafetiddir. Hərbi xəstəxanada işləyəndə dərmanları ayırd etməyi öyrənmişdim.

Çarpayıda oturdum. Şübhəsiz, mən olmayanda kimsə kayuta asafetid qırığı atmışdı. Nə üçün? Ona görə ki rədd olum buradan? Bu, kimin nəyinə gərəkdir? O saat kayut uğrunda mübahisə gözümə tamam başqa cür göründü. 17.1. 22!.. On yeddisində biz Sauthemptondan çıxdıq. Bu vaxtadək əmindim ki, 17 – “Kilmorden qəsri”nin yoladüşmə vaxtıdır. Ağlıma yalnız bu gəlirdi. Ancaq deyəsən, mən heç də haqlı deyildim. Yaxşı, nəyə görə kimsə yaxın tarixi yazaraq, üstəlik, ili, ayı da göstərir? Yox, əgər ilk iki rəqəm kayutun nömrəsidirsə, bəs onda o biriləri nəyi göstərir? Bəlkə, vaxtı? Deyək ki, saat 1-i! İyirmi iki isə – günü? Sabah iyirmi ikisidir…

Rəqəmlərin uyğunluğu – kayutun nömrəsi, gün, vaxt – məni həqiqi izə düşdüyümə əmin etdi. Asafetidin iyinə baxmayaraq, kayutu heç cür əldən buraxmaq olmaz. Sabah, yanvarın 22-də, gecə saat birdə. İndi axşam saat yeddidir. Beləliklə, altı saatdan sonra…

Gözləməyə səbrimin çatmasına mat qalmışdım. Vaxt dözülməz dərəcədə ləng keçirdi. Budur, nəhayət ki, gəmi saatı gecə biri vurdu və… heç bir şey olmadı. Gəmidə tam sakitlik idi. Birdən dəhlizdə səs-küy eşidildi. Kimsə qaçırdı. Qəfil qapı açıldı və naməlum şəxs mənim kayutuma yıxıldı. “Xilas edin, – o xırıldadı, – məni təqib edirlər”. Məsələni aydınlaşdırmağa vaxt yox idi. Bir anda çamadanı çarpayının altından çəkdim, naməlum adam ora girdi və dərhal çamadanı əvvəlki yerinə itələdim.

Qapı bərkdən döyüldü. Ağlıma gəldi ki, bu saat əlində tapança Peycet, yaxud missioner içəri soxulacaq. Ancaq gözlədiyimin əksinə, qarşımda qulluqçu qız peyda oldu.

– Bağışlayın, miss! Çağırmısınız?

– Yox! – sözünü kəsdim.

– Üzr istəyirəm, miss, amma sərxoş bir centlmen gəmidə veyillənir.

– Ümid edirəm ki, o bura girməyəcək, – süni təlaşla dedim.

– Əlbəttə, miss. Ancaq lazım gəlsə, zəngi çalın. Gecəniz xeyrə qalsın.

Sərxoş! Gör nəzakətsizliklə kayutuma soxulan kim imiş.

– Bu saat rədd olun! – deyə tələb etdim.

Cavab gəlmədi. Çamadanı kənara çəkdim. Kişi tərpənmədi. Bu vaxt gördüm ki, onun uzandığı yerdə döşəmə qana bulaşıb. Yad adamın sol çiynində yara vardı. O ayıldı, çətinliklə çarpayının altından çıxdı və səndirləyərək qalxdı.

– Mən sizi ötürərəm, – ona ürəyim yandı.

– Dəyməz, – təşəkkür bildirmədən köməyimdən imtina etdi.

– Səfehləməyin! Nədir, bu vəziyyətdə gəmidə gəzməyə hazırlaşırsınız?

Sözlərim təsir etdi və bundan sonra bacardığım kimi yarasını sarıdım.

– Belə-belə işlər. İndisə, buyurun, izah edin görək bütün bunlar nə deməkdir?

– Başqasının işinə qarışmayın!

– Elə niyə?

– Köhnə bir həqiqəti xatırlasanız, pis olmaz: əgər istəyirsənsə ki, sirrini hamı bilsin, onu hər hansı bir qadına söylə.

– Yəqin ki, bunu göstərdiyim yardıma təşəkkür kimi başa düşmək lazımdır.

Nəhayət, bayaqdan bəri ilk dəfə ona əməlli-başlı diqqət yetirdim. İşıqlı boz gözləri, qarabəniz, yanağında çapığı vardı. O sıçrayıb stuldan qalxdı. Məni itələyərək qapıya yönəldi. Qapıya çatanda qəfil geri qanrıldı:

– Sizə təşəkkür etməyə borclu deyiləm. Lakin borc haqqında unutmaram və imkan düşən kimi qaytararam.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.