реклама
Бургер менюБургер меню
Ruhiyyə Mahmudqızı
Последние
Abdulla Şaiq - Uşaqlara hədiyyə A.Səhhət və A.Şaiqin şeirləri
Abdulla Şaiq - Uşaqlara hədiyyə A.Səhhət və A.Şaiqin şeirləri
Bu kitabda Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümayəndələrindən olan Abdulla Şaiq və Abbas Səhhətin uşaqlara həsr olunmuş şeirləri toplanmaşdır. Abdulla Şaiqin şeirlərinin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Abdulla Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir. A.Səhhətin də yaradıcılığında uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə əks olunmuşdur. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.
Льюис Кэрролл - Alisa möcüzələr ölkəsində
Льюис Кэрролл - Alisa möcüzələr ölkəsində
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) – Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə «Macmillan Publishers» nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur.SüjetYazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.Alisa Ağ Dovşanı izləyərək «Möcüzələr ölkəsi» nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır. Göbələyin hissələrini yedikdən sonra yenidən öz boyuna qayıdır. Çeşir pişiyindən öyrənir ki, «Ürəklər Kraliçası» kroket oyunu hazırlayıb. Qaydalar isə qəribədir: balaca topun yerinə kirpi, topu vuran taxta isə Flaminqodan olur. Bu müddətdə Valet, konfet oğurluğunda günahkar sayılır. Məhkəmə zamanı Alisa məhkəmə qarşısına çıxarılır. Məhkəmənin kritik vəziyyətində hamı oyun kartlarına dönərək, Alisanın üzərinə atılmağa başlayırlar. Alisa yuxudan duraraq, bunun bir yuxu olduğunu başa düşür.