Мои книги
Войти
реклама
Жанры
Новинки
Популярные
Подборки
Главная
Жанры
Родителям и детям
Детские стихи/проза/литература
Аудиокниги в жанре «Детские стихи/проза/литература»
Последние
Каталог аудиокниг в жанре «Детские стихи/проза/литература»
Детские стихи/проза/литература
0
Народное творчество (Фольклор) - Gül sənavərə neylədi ?
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi:– Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim.Padşah dedi:– Eh, bütün həkimlər, təbiblər, yığıldı bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən?– Sən de, padşah, mən çarə edərəm.Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi:– Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver!Doqquz aydan sonra hər arvaddan bir oğlun olar. Ancaq bu şərtlə ki, oğlanlarının biri mənimdi. Padşah razı oldu. Dərviş ona üç alma verib getdi. Padşah dərvişin tapşırığı kimi hər almanın bir üzünü özü yedi, bir üzünü də arvadlarına verdi. Doqquz ay, doqquz gündən sonra padşahın hər arvaddan bir oğlu oldu. Birinin adın qoydular Məlik Məmməd, birinin adın Məlik Əhməd, üçüncüsünün də adın qoydular Məlik Cümşüd. Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar banladı, səhərlər açıldı, çaqqallar uladı, axşamlar oldu, günlər dolandı, illər keçdi, bu oğlanlar on beş-on altı yaşlarında oldular. Padşah hərdən oğlanlarının boyuna baxıb fəxr eləyirdi. Bunlar belə yaşamaqda olsunlar, günlərin bir günündə dərviş qapını döydü. Bunu ötürdülər padşahın yanına. Padşah bunu görcək vədəsi yadına düşdü. Əhvalı qarışdı. Dərviş oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi çıxdı mətləbin üstünə ki....
Детские стихи/проза/литература
0
Yanuş Korçak - Kral Birinci Matiuş
Детские стихи/проза/литература
0
Сулейман Сани Ахундов - Nurəddin
Müəllif 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb.Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. “Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlığın təntənəsini əks etdirirdi”.
Детские стихи/проза/литература
0
Oqtay Hüseynli - I - IV siniflər üçün sinifdənxaric oxu
Bu kitaba daxil edilmiş şeirlər və hekayələr, folklor nümunələri məktəblilərin dünya görüşünün formalaşmasında, biliyinin zənginləşməsində faydalı olacaqdır. Həmçinin məktəblilər Vətənimizin gözəlliyindən, qəhrəmanlarımızın şücaətindən bəhs edən bir çox maraqlı yazılarla tanış olacaqlar.
Детские стихи/проза/литература
0
Льюис Кэрролл - Alisa möcüzələr ölkəsində
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) – Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə «Macmillan Publishers» nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur.SüjetYazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.Alisa Ağ Dovşanı izləyərək «Möcüzələr ölkəsi» nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır. Göbələyin hissələrini yedikdən sonra yenidən öz boyuna qayıdır. Çeşir pişiyindən öyrənir ki, «Ürəklər Kraliçası» kroket oyunu hazırlayıb. Qaydalar isə qəribədir: balaca topun yerinə kirpi, topu vuran taxta isə Flaminqodan olur. Bu müddətdə Valet, konfet oğurluğunda günahkar sayılır. Məhkəmə zamanı Alisa məhkəmə qarşısına çıxarılır. Məhkəmənin kritik vəziyyətində hamı oyun kartlarına dönərək, Alisanın üzərinə atılmağa başlayırlar. Alisa yuxudan duraraq, bunun bir yuxu olduğunu başa düşür.
Детские стихи/проза/литература
0
Ганс Христиан Андерсен - H.X.Andersonun nağılları
Məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin bütün dünyada şöhrət qazanmış ecaskar nağılları, sehrli rəvayətləri və hekayələri indi də uşaqlar tərəfindən çox maraqla oxunur. Andersenin təsvir etdiyi qəhrəmanlar sevilməyə və təqlid edilməyə bütünlüklə layiqdirlər. Oxucu bu surətlərdən çox şey öyrənə bilir. O, bütün əsərlərində qoçaqlığı, cəsarətliliyi, igidliyi təlqin edir, insana bədbəxtlik gətirən bütün şər qüvvələrə qarşı isə dərin nifrət hissi oyadır…
Детские стихи/проза/литература
0
Джек Лондон - Boz qurd, Tonqal, Meksikalı
Детские стихи/проза/литература
0
Джанни Родари - Celsomino yalançılar ölkəsində
Детские стихи/проза/литература
0
Абдурагим-бек Ахвердов - Bomba
Детские стихи/проза/литература
0
Народное творчество (Фольклор) - Azərbaycan nağılları
Azərbaycan nağılları – Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar:Heyvanlar haqqında olan nağıllar:M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar. ’’Göyçək Fatma’’, ’’Fatmanın inəyi’’, ’’Ovçu Pirim’’ və qeyri. «„Göyçək Fatma“» , «„Fatmanın inəyi“» Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. ’’Şəngilim, Şüngülüm, Məngülüm’’ və s.Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır. Məs. ’’Sehirli üzük’’, ’’Şəms və Qəmər’’, ’’Məlikməmməd’’ və s.Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır. Məs. ’’İsgəndər və fağır’’ ’’Saleh və Valeh’’, ’’Üç bacı’’ və s.Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar. Məs. ’’Hacının köpəyi’’, ’’Yeddi qardaş bir bacı’’, ’’Dərzi şagirdi Əhməd’’ və s.lk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür.Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür.Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur.
Фантастика
0
Жюль Верн - Sirli ada
“Sirli ada” qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi.Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər. Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır. Piratların adaya gəlişi onları məyus edir, amma ruhdan sala bilmir. Min əziyyətlə abad etdikləri adanı onların əlindən almağa çalışan piratlara qarşı mübarizə aparırlar. Çox işdə olduğu kimi, bu işdə də adanın sirli hamisi onların köməyinə gəlir, piratları məhv edir…
Детские стихи/проза/литература
0
Антуан де Сент-Экзюпери - Balaca şahzadə
Balaca şahzadə (fr. Le Petit Prince) – Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayədir. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.
Детские стихи/проза/литература
0
Чарльз Диккенс - Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları – Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan «„Oliver Tvist“» romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarı ilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur.Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir. Lakin bir gün Noe Oliverin anası haqqında nalayiq sözlər deyir, Oliver bundan bərk qəzəblənib ona zərbə endirir. Noe ona şər atıb, hamıya deyir ki, guya onu öldürəcəkdi. Onlar Oliveri bərk cəzalandırıb döyürlər. Oliver isə buna dözməyib oradan qaçır. Londona gedən yol işarəsini görüb ora qaçmaq niyyətinə düşür. Küçələrdə yatır, günlərlə ac qalır. Nəhayət yeddinci gün öz yaşıdı olan Cek Daukins adlı oğru ilə tanış olur. Cek onu yedizdirib, doydurur və söz verir ki, ona Londona getməyə kömək edəcək və Oliveri ogruların başçısı olan yəhudi Fecin ilə tanış edir. Fecin ona söz verir ki, ona iş verəcək. Bir gün o Cek Daukins və Beytslə birlikdə işə gedirlər. Oliver onları kənardan müşahidə edib görür ki, onlar qoca bir kişinin cibindən (mister Braunlou) oğurluq edirlər. Kişi bunu hiss edir. Bundan həyəcanlanan Oliver qaçmağa başlayır. Hamı elə bilir ki, oğurluğu o etmişdir. Onu tutub döyürlər və həbsxanaya aparırlar. Mister Braunlounun isə balacaya yazığı gəlir və onu azad etdirib öz evində saxlayır. Oliver xeyli müddət xəstə yatır. Ona orda missis Beduin qulluq edir və həmişə orda divardan asılan bir portretdəki qadınla onların bir bir-birinə nə qədər oxşamasına məəttəl qalır. Fecin isə qorxur ki, Oliver onları ələ versin. Ona görə də onu oğurlayıb öz yanında saxlayır. Bu zaman onlar yeni bir oğurluq planı hazırlayırlar. Türmədən yeni çıxmış Billi Sayksa isə Oliver kimi oğlan uşağı lazım olur. Belə ki, onlar bir yerdə həmin evə gedirlər. Oliveri pəncərədən içəri salırlar ki,qapını açıb onları içəri buraxsın. Lakin Oliver qəti qərara alır ki,içəridə qışqırıb hamını oyatsın. Elə bu zaman evin gözətçiləri güllə atmağa başlayırlar. Oliver isə bu zaman yaralanır.Sayks onu götürüb qaçır. Lakin sonra isə tab gətirə bilməyib,onu qanovda yerə atır. Oliver oyandıqda çox halsız olur. Həmin evə geri qayıdıb kömək istəyir. Orda onu missis Meyli və Roz xoş qaşılayırlar və onu polisə verməkdən imtina edirlər. Bu vaxt Oliverin böyüdüyü yurdsuzlar evində onun anasına qulluq etmiş və öləndə yanında olmuş qoca qadın can verir. O nəzarətçi missis Kornini yanına çagırtdırıb deyir ki, o Oliverin anasının verdiyi əmanəti oğurlamışdır. (Bəlkə də bu əmanəti kimsə bilsəydi o vaxt həmin uşağa qarşı yaxşı rəftar edilərdi.). Qoca Salli sözünü axıra qədər deyə bilməyib ölür. Ovucundakı qəbzi isə ona verir. Oliverin taleyindən xəbərsiz və narahat olan Fecin Sayksın rəfiqəsi olan Nensinin yanında qışqırıb, Oliverin böyük pullara dəydiyini söyləyir. Nensi özünü sərxoş göstərib Fecinin arxasınca düşüb, naməlum bir şəxslə gizlin söhbətinə qulaq asır. Məlum olur ki,Fecin bu naməlumun tapşırığı ilə Oliveri oğruya çevirmək niyyətində olur və söz verir ki, buna nail olacaq.
Детские стихи/проза/литература
0
Астрид Линдгрен - Balaca və karlson
Детские стихи/проза/литература
0
Чингиз Айтматов - Dəniz kənarı ilə qaçan alabaş
1977-ci ildə yazılmış “Dəniz kənarıyla qaçan Alabaş” əsərində dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlanın keçdiyi ağır sınaqlardan bəhs olunur.
Детские стихи/проза/литература
0
Джанни Родари - Çipollinonun macəraları
Hər şey qolundakı saatına baxa-baxa harasa tələsən qəribə geyimli dovşanla başladı. Dovşanın arxasınca gedən Alisa bir də gözünü açıb gördü ki, qeyri-adi, fantastik bir diyara düşüb. Yeyib-içdiyi hər şey onu ya həddən artıq balaca, ya da div kimi böyük edirdi. Göz yaşlarından yaranmış dənizdə boğulmaqdan güclə qurtulan Alisa gülməli bir çay qonaqlığına gəlib çıxdı, amma onu qarşıda hələ çox macəralar gözləyirdi… Əsl adı Çarlz Lütviç Doçstlant olan bu məşhur ingilis yazıçısı bütün dünyada Lüis Keroll (1832-1898) adı ilə tanınır. Oksford Universitetinin pofessoru olan Keroll, 40 ilə yaxın riyaziyyat müəllimi işləyib. Bir gün o, dostunun Alisa adlı qızını əyləndirmək üçün qoşduğu əhvalatları kitab halında toplamaq qərarına gəldi və nəticədə dünya oxucusu ədəbiyyat tarixinin ən maraqlı uşaq romanını tanıdı.
Детские стихи/проза/литература
0
Жозе Гомес Феррейра - Cəsur Joananın qəribə macəraları
Dünya ədəbiyyatının bir çox nümayəndələri öz yaradıcılıqlarında nağıl janrına da geniş yer vermiş, yazılı ədəbiyyatın bu şəklində uşaqların indi də sevə-sevə oxuduqları qiymətli əsərlər qələmə almışlar. Dünya şöhrətli portuqaliyalı yazıçı Joze Qomes Ferreyranın, sehrli nağıllar aləminin ab-havasının ustalıqla canlandıran parlaq “”Cəsur Joanın qəribə macəraları” adlı nağıl-romanı da bu qiymətli əsərlər cərgəsindədir. Bu kitab bəşəriyyətin bugünkü problemlərinə həsr olunmuş real-əfsanəvi nağıldır. Ənənəvi nağıl üslubuna uyğun olaraq fantastik, əfsanəvi formada yazılsa da, burada bugünkü bəşəriyyəti narahat edən problemlərin əksər hissəsi tam reallıqla təsvir edilmişdir.
Детские стихи/проза/литература
0
Мадина Муминова - Plastikakl kim?
"Plastikakl kim?" – bu o‘z jonajon oshiyoni osoyishtaligi uchun kurashga shay katta okeanning kichik qahramonlari haqida maroqli hikoyadir. Yangi kitob okean ahli boshchiligida sizni tabiatni asrash nechog‘liq muhim ekanligi va qanday qilib Sayyoramizni ifloslanishdan saqlab qolish mumkinligini anglashga yetaklaydi.ДЕЛФИНЧА ДОНИК – Холмухамедов ДониерТОШБАҚАЧА ЧЕ – Каримов ФазлиддинДЕНГИЗ ТОЙЧАСИ ЛУППИ ЛУ – Асомова ИймонаЧУМЧУҚ РОБИК – Джурабеков Азизбек ҚАЛҚОНБАЛИҚ – Газиназарова Диляра СТАВРИДА – Махкамова Фозилахон ВОБЛА – Баходиров Давронбек ТОВОНБАЛИҚ – Мухаммаджанов Мирфаёз НУРҚАНОТЛИ ТРЕСКА – Бафоева Мумтозабегим ОМАР ЎНОЁҚ – Муминов Зафарбек САККИЗОЁҚЧА ОСЯ – Тургунов Асадбек ЛАҚҚА БАЛИҚЧА СЭМ – Султанов Азизбек ҲАМШИРА ҚИСҚИЧБАҚА – Касимходжаева Мохинур ГУЛМОҲИ ХОНИМ – Эргашева Марьям ОНА КАЛМАР МАРА – Хасанова Мукаррама ПЛАСТИКАКЛ, ОТА-ДЕЛФИН, ЖАНОБ ҲАКАМ МОВИЙ МАРЛИН – Гайрат БоймирзаевЧИҚИНДИЛАР ҚИРОЛИ АХЛАТ III, ОКЕАН ҲОКИМИ КЎК КИТ – Акмаль МирзоМУАЛЛИФ, ҚАЛАНДАР-ҚИСҚИЧБАҚА, САККИЗОЁҚ СОСЯ – Нодир НишоновОНА ДЕЛФИН, ГУЛМОҲИ ХОНИМ, ОҚ АКУЛАЛА – Фотима РежаметоваМЕДУЗА АУРЕЛИЯ – Фазилат Ахмедова Дильбар ИсмаиловаМУРЕНА, ХИМЕРА, СКУМБРИЯ – Мунира АбдуллаеваШИФОКОР ЛАҚҚА-БАЛИҚ, ҚОТИЛ КИТ – Анвар Файзуллаев
Детские стихи/проза/литература
0
Мадина Муминова - Кто такой пластикакл?
«Кто такой Пластикакл?» – это увлекательная история о маленьких жителях большого океана, которым предстоит побороться за безопасность своего дома. Книжная новинка во главе с морскими жителями покажет, как важно беречь природу и как можно спасти Планету от загрязнения.РОЛИ и ИСПОЛНИТЕЛИ:Пластикакл – Ильхом Хашимов Дельфиненок Доник – Кумуш Мамадалиева Черепашонок Че – Мухаммадумар Тухтасинов Морской конек Луппи Лу – Аиша Муминова Воробей Робик – Артур Чекманов Медсестра Креветка – Камила Хашимова Осьминожек Ося – Мухаммадюсуф Хашимов Сомик Сэм – Натан Тян Мистер Вобла – Абдуллох Абдувахобов Мистер Карась – Абдувохоб Абдувохобов Ставрида – Муборак Хашимова Камбала – София Хашимова Мадам Форель – Василя ХашимоваГорбуша – Амина Алимова Треска Лутаперчая – Шокира Тухтасинова Папа Дельфин – Тимур Рахматов Мама Дельфиниха – Рухшана Мамадалиева Мурена и Касатка – Мунира АбдуллаеваБелая акула и Химера – Татьяна СтороженкоГриф, Мусорный король Ахлат III и судья Голубой Марлин – Артем Атабаев Автор, Рак-отшельник, Осьминог Сося – Нодир НишоновМедуза Аурелия – Сайера МусаеваКальмариха Мара – Дильдар ИсламоваДоктор Сом – Анвар ФайзуллаевМэр океана Синий Кит – Пулат Абдураимов
Детские стихи/проза/литература
0
Алла Рубцова - ИСТОРИЯ 2 ИЗ СЕРИИ КОРОТКИХ РАССКАЗОВ: КОТ РЫЖИЙ, ОБЫКНОВЕННЫЙ – ВАСЬКА
Продолжение коротких юморных рассказов о рыжем коте Ваське, его космических мечтах и неукротимом любопытстве. Во второй истории Васька твердо намерен покорить космос, но сначала ему предстоит разобраться с земными проблемами! Мечты о далеких галактиках пока отложены в сторону, потому что Васька не может обойти стороной таинственную картонную коробку. Готовьтесь к взрывам, падениям и одному очень важному "научному эксперименту", который докажет: иногда любопытство крайне опасно. Идеальное чтение для тех, кто верит, что в каждом коте живет космонавт, фантазер и проказник.
Стр. 1
Стр. 854