18+
реклама
18+
Бургер менюБургер меню

Джафар Джаббарлы - Aydın

Постер книги Aydın
Sərvər Əliyev
“Aydın” pyesi təkcə Cəfər Cabbarlının deyil, ümumən Azərbaycan dramaturgiyasının qiymətli əsərlərindən biri kimi indi də diqqətəlayiqdir. “Aydın”da ümumiyyətlə, kapitalizm dünyasına, onun əxlaq normalarına qarşı üsyan öz əksini tapıb. Bu əsərlə ədəbiyyatımıza, səhnəmizə yeni tipli üsyançı qəhrəman – Aydın gəldi. O, səhnəyə yüksək humanist arzuları və təsirli həyat faciəsini gətirmişdi. Onun həyat, cəmiyyət, azadlıq, məhəbbət, ailə haqqında özünəməxsus müstəqil fikirləri, bəzən dolaşıq, ziddiyyətli, bir qədər də dumanlı görünən həyat fəlsəfəsi, həyat məramı var. O hər yerdə həqiqət axtaran azad bir insan kimi çıxış edir. Sadə, təmiz vicdanlı, yüksək bəşəri amala malik insanları “altun dünyasının” hökmranlığından üstün tutan Aydın “Mən bir heç deyiləm, mən bir həqiqətəm” deyə “parasız, altunsuz”, lakin saf və ali mənəviyyatlı yaşamağı əsil həyat hesab edir, yoxsul, lakin daxilən zəngin adamların yüksək cəmiyyətin cibi dolu, qəlbi boş ağalarından qat-qat üstün olduqlarını sübuta çalışır.Belə böyük arzuları ilə “altunsuz”, cibboş Aydın altun-kapital dünyası ilə üz-üzə gəlir, fərdi, bir qədər də anarxist çıxışları ilə həmin dünyanın amansız məngənəsində sıxılır, əzilir, acizliyini dərk edir. Lakin, o, Dövlətbəylərin, Balaxanların, ümumən, kapital dünyasının ifşasında mənən qalib gəlir. Aydın sevimli arvadı gözəl və fədakar Gültəkini burjua mühitinin kəsif havasında qoruyub saxlaya bilmir, onların saf məhəbbəti bu mühitin ağır təzyiqi altında tapdanır, məhv edilir…
реклама
Хотите стать частью проекта Yakniga? Подробнее ▾ Скрыть ▴ Напишите нам

Если у вас есть желание стать частью проекта Yakniga и внести свой вклад, то свяжитесь с нами. Будем рады вашей помощи. Можно создавать тематические подборки, писать комментарии и отзывы, готовить краткие пересказы книг, помогать с наполнением контента и ведением социальных сетей. Напишите нам

реклама
Слушать на Литрес

Комментарии