Джордж Оруэлл – Kataloniyanı Xatırlarkən (страница 3)
Kazarma çirkab içərisində idi. Hər tərəfdə qanunsuzluq hökm sürürdü. Əslində könüllülərin əlinə düşən binaların hamısının aqibəti biri-birinə bənzəyirdi. İstər-istəməz adamda çirkab və xaosun inqilabın ayrılmaz yol yoldaşına çevrilməsi təəssüratı yaranırdı. Bütün künclərdə sındırılmış mebel, əzik yəhərlər, mis süvari dəbilqələri, boş qınlar və çürüməkdə olan ərzaq qırıntıları qalaqlanmışdı. Könüllülər heç bir ehtiyac olmadan kazarmaya çoxlu ərzaq, xüsusən də çörək gətirirdilər. Qaldığım barakdan hər gün nahardan sonra yekə bir zənbil yemək atılırdı. Camaatın necə ehtiyac içərisində yaşadığını düşünsək, bu misli-bərabəri görünməyən biabırçılıq idi. Yonuımamış taxtalardan düzəldilmiş uzun, yöndəmsiz masa arxasında nahar edirdik. Yeməkləri daim yağlovça qoxuyan tənəkə kasalarda verirdilər. Şərabı porrona deyilən əcayib qabdan içirdik. Porrona dar boğazlı şüşəni xatırladırdı. Azacıq əyən kimi içərisindəki şərab fışqırtı ilə axıb tökülürdü. Porronadan yalnız lüləyi ağıza çox yaxınlaşdırmadan, əldən ələ ötürmək şərti ilə aralıda tutub içmək olardı. Bu əcayib qabı ilk dəfə əlimə alan kimi etirazımı bildirdim, parç tələb etdim. İçərisinə ağ şərab töküləndə porrona mənə isti su dolu rezin qızdırıcını xatırladırdı.
Tədricən çağırışçılara pal-paltar verilirdi. Lakin bura İspaniya olduğundan hər şeyi bir-bir gətirirdilər. Heç vaxt kimin nə aldığı bilinmirdi. Daha çox ehtiyac duyduğumuz şeyləri, xüsusən də kəmər və patrondaşları bizə ən son dəqiqədə, cəbhə qatarı hərəkətə başlayanda gətirdilər. Yuxarıda könüllülərin fərqli geyim forması haqqında danışmışdım. Paltarlarımızı sözün həqiqi mənasında “hərbi forma” adlandırmaq olmazdı. Bir tərəfdən baxanda hamının geyimi oxşar idi. Lakin eyni geyimli iki adam tapmaq da mümkün deyildi. Ordudakıların şalvarı məxmərdən tikilmişdi. Bənzərlik bununla da sona çatırdı. Bəzilərinun ayağında çarıq, bəzilərində tufli, bəzilərində isə uzunboğaz çəkmə vardı. Hamı zəncirbəndli gödəkçə geyinirdi. Gödəkçələrin bəziləri dəridən, çoxu isə rəngbərəng şal parçalardan tikilmişdi. Baş geyimlərinin forması döyüşçülərin sayı qədər müxtəlif idi. Papaqlara adətən partiya nişanları taxırdılar. Demək olar ki, hamı boynuna qırmızı, yaxud qırmızı-qara dəsmal bağlayırdı. Elə bu səbəbdən də könüllülər dəstəsi əsl qaraçı köçünü xatırladırdı. Özü də geyimlərin hamısı əvvəldən döyüşçülər üçün nəzərdə tutulmuş və fabrikdə hazırlanmışdı. Şəraiti göz önünə gətirəndə keyfiyyətləri o qədər də pis deyildi. Doğrudur, nazik pambıq parçadan olan köynəklər, yaxud corablar soyuqdan qətiyyən qorumurdu. Hələ heç bir hazırlıq görülmədiyi ilk aylarda könüllülərin hansı şəraitdə yaşadıq-larını isə ümumiyyətlə xatırlamağa dəyməz. Yadımdadır, iki ay əvvəl hansısa qəzetdə cəbhədən dönən R.O.U.M.5 liderlərindən birinin müsahibəsini oxumuşdum. O, ən qısa zamanda “hər könüllünün bir odeyal alacağını” vəd edirdi. Əgər kimsə, nə vaxtsa açıq səngərdə yatıbsa, bu sözləri oxuyanda onu mütləq üşütmə tutmalıdır.
Mən kazarmada yerləşəndən bir gün sonra təlim deyilən proses başlandı. Əvvəlcə hər tərəfdə təsəvvürəgəlməz qarmaqarışıqlıq hökm sürürdü. Əksəriyyəti kasıb Barselona məhəllələrinin sakinləri olan 16-17 yaşlı yeniyetmələrdən ibarət çağırışçıların beyni inqilab havası ilə dosa da, müharibə haqda adi təsəvvürləri yox idi. Onları hətta sıraya düzmək mümkün olmurdu. Nizam-intizamdan isə danışmağa dəyməzdi. Verilən əmr kimin xoşuna gəlmirdisə, sıradan çıxıb zabitlə mübahisəyə başlayırdı. Bizə təlim keçən dolubədənli, yaraşıqlı, üzünün təmiz, duru rəngi ilə diqqət çəkən leytenant çox cavan görünsə də, peşəkar hərbçi idi. Bu, şux qamətindən, iynənin ağzından təzə çıxmış kimi görünən hərbi formasından da aydın hiss edilirdi. Ən maraqlısı isə həqiqi, əqidəli sosialist kimi tanınması idi. Rütbə və vəzifələrinə baxmayaraq bütün döyüşçülərin bərabərliyi məsələsində əsgərlərdən daha qətiyyətli mövqe tuturdu. Hələ heç nədən xəbəri olmayan yeni çağırışçılardan biri ona “sinyor” deyəndə necə özündən çıxdığı indi də yadımdadır. “Nə? Sinyor? Kim mənə sinyor dedi? Məgər burada hamımız yoldaş deyilik?”. Amma belə münasibətin onun işini yüngülləşdirdiyini düşünmürəm. Hələlik çağırışçıların nə isə öyrəndiklərini demək də çətin idi. Xaricilərin hərbi təlimdə iştiraklarının o qədər də vacib olmadığını mənə demişdilər. (Hiss edirdim ki, ispanlar yalnız özlərinə xas bir səmimiyyətlə sərhədin o üzündən gələnlərin hamısının hərbi işi daha yaxşı bildiklərini düşünürlər). Onların sözünə fikir verməyib hamı ilə birlikdə təlimlərə qatılırdım. İlk növbədə pulemyot atmağı öyrənmək istəyirdim. Əvvəllər pulemyotla heç bir tanışlığım olmamışdı. Bizə ümumən silahla rəftarı öyrətməyəcəklərini eşidəndə xeyli təəccübləndim. Hərbi hazırlıq məşğələsi son dərəcə adi, çoxdan köhnəlmiş, hətta deyərdim ki, səfeh sıra təlimindən başqa bir şey deyildi. Bizə "Sağa dön!","Sola dön!", "Arxaya dön!", "Azad!", "Farağat!", !Dəstə, üç nəfərlik sıralarla addımla marş!" və s. kimi cəfəngiyyat öyrədirdilər. Partizan ordusu hazırlığı üçün belə təlimdən daha axmaq və mənasız şey təsəvvürə gətirmək mümkün deyildi. Bunların hamısını mən hələ on beş yaşım olanda bilirdim. Aydın məsələdir ki, əsgərin hazırlığı üçün əgər cəmisi bir neçə gün vaxt qalıbsa, ilk növbədə ona ən zəruri şeyləri öyrətmək lazımdır. Yəni atəş altında özünü aparmaq, açıq yerdə hərəkət etmək, qarovulda dayanmaq, səngər qazmaq, ən başlıcası isə silahla rəftar başa salınmalıdır. Lakin döyüşə can atan, bir neçə gündən sonra cəbhəyə göndəriləcək bu gənclərə hətta tüfəng tutmağı, yaxud qumbara atmağı da öyrətmirdilər. O vaxt bunun silah çatışmazlığı ilə bağlılığı əsla ağlıma gəlmirdi. P.O.U.M.-un könüllü dəstələrində silah məsələsi elə böhran həddinə çatmışdı ki, ön atəş xəttinə yollanan yeni hərbi hissələr əvəz etdikləri əsgərlərin silahını götürməli olurdular. Lenin kazarmalarında isə tüfəng yalnız qarovulda dayananlara verilirdi.
Daha bir neçə gün keçdi. Ən adi müşahidə də yenə nizam-intizamdan uzaq, başıpozuq dəstə olduğumuzu göstərirdi. Lakin nədənsə bizi camaat qarşısına çıxarmaq səviyyəsində hazırlıqlı saymışdılar. Səhərin gözü açılmamış könüllüləri sıraya düzüb təpənin üstündə,
Cavabında leytenant həmişə pərt halda gülümsəyir, pulemyot təliminin başlanma tarixi kimi
Gəldiyim gündən ispan dili ilə təkbətək savaşım davam edirdi. Kazarmada məndən başqa yalnız bir ingilis vardı. Hətta zabitlər də fransız dilində bir söz bilmirdilər. Yoldaşlarımın aralarında Katalon dilində danışmaları vəziyyəti daha da çətinləşdirirdi. Daim özümlə lüğət gəzdirməkdən başqa çarəm qalmamışdı. Ən çətin məqamlarda dərhal əlimi cibimə atıb danışıq kitabçasını çıxarır, lazımi sözü tapmağa çalışırdım. Amma adama ləzzət eləyən məqamlar da vardı. Ümumiyyətlə xarici olanda da gərək yolunu İspaniyaya salasan. Buradakı insanların içərisində özünə dost tapmaq necə də asan idi! Aradan iki gün keçməmiş könüllülərdən iyirmi nəfəri məni adımla çağırırdı, ətrafdakı bütün dəlmə-deşikləri öyrətmişdilər, təsəvvürə-gəlməz qonaqpərvərlik nümunələri göstərirdilər. Təbliğati kitab yazmaq niyyətində deyiləm. P.O.U.M. könüllülərini ideallaşdırmaq fikrindən də uzağam. Təbii ki, bu qurumun ciddi çatışmazlıqları vardı. Ora üz tutan insanlar çox fərqli idilər. Mən P.O.U.M.-a yazılanda könüllülərin qəbulu məsələsi da xeyli məhdudlaşmışdı. Yaxşı adamların çoxu cəbhədə isi. Bəziləri isə artıq həlak olmuşdu. Təbii ki, qurumda çatışmayan cəhətlər də az deyildi. Valideynlər könüllüü yazılmaq üçün 15 yaşlı övladlarını gətirirdilər. Bunu on pese gündəlik maaş, bir də qarın dolusu yeməkdən (bəzən gizlicə valideynlərə də nə isə ötürmək olurdu) ötrü elədiklərini də gizlətmirdilər. Eyni zamanda əminəm ki, ispan fəhlələri arasına düşən hər kəs (yəqin “katalon fəhlələri” desəm, daha dəqiq olardı, çünki bir neçə araqonlu və əndəlislini çıxmaq şərti ilə yeni tanışlarımın hamısı kataloniyalılar idi) onların daxili nəcibliyi, düzlük və səxavətliliyi qarşısında heyran qalmaya bilmirdi. Doğrusu, hamı kimi məni də mat qoymuş ispan səxavəti bəzən adamı pərt edirdi. Əgər siz bir siqaret istəyirsinizsə, ispan bütün qutunu götürmə üz vururdu. Belə adi həyati məqamlarla yanaşı onlarda daha dərin anlam ifadə edən səxavətlilik də vardı. Bu da ən çətin vəziyyətlərdə dəfələrlə üzləşdiyim həqiqi ürək genişliy idi. Müharibə zamanı İspaniyada olan jurnalistlərin və əcnəbilərin bəziləri ispanların xarici yardımdan çox da məmnun qalmadıqlarını deyirdilər. Düzü mən heç vaxt belə hala rast gəlməmişdim.